Bakının Xətai rayonunda mənzildən meyit tapılıb.

Unikal.org  xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1971-ci il təvəllüdlü Zeynalova Sevinc Raqif qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil verib.

Dağıntı və tələfat haqqında məlumat yoxdur.