Bakı şəhərində pişik polisi və xilasediciləri ayağa qaldırıb.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonunda yerləşən sahibsiz evlərin birində pişik evdə qalıb.

Pişiyi xilas etmək üçün sakinlər "102 saylı qaynar telefon xəttinə müraciət ediblər. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə pişiyi xilas ediblər.

"Günlərdir qonşuluğumuzda 3 mərtəbədə sahibləri olmayan evdə pişik qalmışdı. Heyvan günlərdir "ağlayırmış". Bununla əlaqədar qonşulardan biri polis əməkdaşlarına xəbər verib. Pişiyi xilas etmək üçün əraziyə Nərimanov polis işçiləri, təcili tibbi yardım xidməti və FHN əməkdaşları cəlb olunublar. Onlar pişiyi xilas ediblər. Bir canlıya bu qədər dəyər verən vətəndaşlara minnətdarlığımı bildirirəm, - deyə sosial şəbəkə istifadəçiləri qeyd ediblər.