İngiltərə TV ulduzu Paula Villianson ölkənin ən qorxulu cinayətkarı ilə ailə qurub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı aktrisa 64 yaşlı Çarlis Bronsonla evlənmək üçün həbsxanaya gedib.
Əyninə gəlinlik paltarı geyinən Paula həbsxanaya qədər özünü gizlətməyə çalışıb.
Villianson Çarlislə nikah kəsdikdən sonra onu qeyd etmək üçün dostları ilə birgə gecə klublarından birinə yollanıb. Cütlük bal ayı üçün Maltanı seçsə də, Bronson həbsxanada olduğundan aktrisa oraya da tək getməli olacaq.
Telefonla görüntülü danışıq zamanı Paulaya evlilik təklif edən cinayətkar 41 ildir ki, dəmir barmaqlıqlar arasındadır.