Ötən gün "5/5" verilişinin qonağı olan Üzeyir Mehdizadə maraqlı açıqlaması ilə hər kəsi təəccübləndirib.
Unikal.org milli.az-a istinadən xəbər verir ki, ifaçı Özbəkistanda konsertlərindən sonra polislərin ona hazırladığı "sürpriz"dən danışıb.
Üzeyirin sözügedən açıqlamasını təqdim edirik:
"Bir dəfə Özbəkistanda konsertə getmişdik. Təşkilatçılar bu konserti bir neçə rayonda turne kimi təşkil etmişdilər. Deməli, bu konsertlərdən birində çox adam konsertə baxa bilməmişdi, çöldə gözləyirdi. Konsertdən sonra gördülər ki, çıxara bilmirlər məni, camaat maşının qarşısını kəsiblər. Hardasa 5 dəqiqəyə yaxın sürücü nə qədər çalışsa da, insan izdihamından maşını həmin yerdən çıxara bilmədi. Bir də baxıb, gördük ki, polislər bizi mühasirəyə aldı. Gəldilər üstümüzə qışqırdılar. Sürücümüzün əlindən maşının açarını aldılar ki, "Bizimlə İdarəyə gedəcəksiniz". Mən də açığı rus dilində çox zəif bilirəm. Bu adamlar bizimlə kobudca davranaraq idarəyə apardılar. Mən də o an ürəyimdə düşünürəm ki, birdən icazəsiz konsert təşkil edərlər. Dostum bunun səbəbin soruşanda üstünə qışqırıb "Danışmayın" deyirdilər. İdarədə nə soruşuruq cavab vermirlər. Üstündən bir az keçəndən sonra bizi başqa bir maşına mindirib, idarədən çıxartdılar. Qapalı bir maşın idi. Hardasa, yarım saat, 1 saat sonra onlara "ratsia" ilə nəsə dedilər. Polisdən bir də soruşduq ki, "nə məsələdir axı?" Köməkçimə dedi ki, "Siz şou göstərə bilirsiniz, biz göstərə bilmirik?! Sizi camaatın əlindən başqa cür çıxarda bilməzdik". Tapşırıq olubmuş".