Braziliyanın futbol yığması oyunçuların transfer qiyməti baxımından, Rusiyada keçiriləcək "DÇ-2018də ən bahalı iştirakçı komanda olacaq.

Unikal.org azertac-a istinadən xəbər verir ki, bu barədə "Transfermarkt saytı məlumat yayıb. 

Braziliya yığmasının beşqat dünya çempionu olan futbolçularının ümumi qiyməti 671,5 milyon avrodur. İlk beşliyə, həmçinin İspaniya (643,5 milyon), Almaniya, Fransa (hər biri 636,5 milyon) və Argentina (528,5 milyon) daxildir.

Hazırda Avropa çempionu olan Portuqaliya yığması reytinqdə doqquzuncu yerdədir. "DÇ-2018də ən ucuz komandalar Kosta-Rika (21,8 milyon), Səudiyyə Ərəbistanı (18,83 milyon) və Panama (5,25 milyon) yığmalarıdır.

Rusiya ərazisində tarixdə ilk dünya çempionatı 2018-ci il iyunun 14-dən iyulun 15-dək keçiriləcək.