Türkiyədə bələdiyyə işçilərinin səhlənkarlığı kiçik ticarətlə məşğul olan şəxsləri onlara əsl dərs verməyə məcbur edib.
Unikal.org atv.az-a istinadən bildirir ki, Şanlı Urfada yolun bir hissəsinin dağılmasına görə dəfələrlə bələdiyyə idarəsinə zəng olunsa da, yararsız vəziyyətə düşən hissəni təmir etməyib. Nəticədə kiçik sahibkarlar özləri məsələyə çarə tapıblar. Plastik qaba gül qoyan bu insanlar maşınların çuxura düşməməsi üçün alternativ çıxış yolundan istifadə edib.