Reper Anar Nağılbaz həyat yoldaşından ayrılıb.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Xəzər maqazin"ə açıqlamasında deyib.

O bildirib ki, artıq çətin günləri geridə qalıb:

"Hər kəsin başına gələ bilər. Ailə dəyərləri mənim üçün önəmlidir. Amma bəzən insanın özündən asılı olmur. Məndə də bu cür oldu....

Nağılbaz Aytən adlı bir xanımla eşq yaşadığını söyləyib. O, yeni mahnısına da məhz sevgilisinin adını qoyub:

"Şəxsi həyatımla bağlı daha bir açıqlama verim. Evlənməyə hazırlaşıram. Yaxınlarda toyum gözlənilir. İşlər başlayıb, yaxşı olacaq. "Aytənə mahnı da yazmışam. Bu mənim istədiyim yarımdır. Həyatımda yeni dönüş olacaq. Çünki qəlbimdə artıq sevgi var".