Xəbər verdiyimiz kimi, bu gün əməkdar artist Abbas Bağırovun toyudur.
Unikal.org-un axsam.az-a istinadən məlumatına görə, məclis Gəncədə keçirilir.
Toyunu hər kəsdən gizlədən Abbas sosial şəbəkədə bununla bağlı paylaşım edib.
O, xanımı ilə əl-ələ çəkilmiş şəklə "Hər insan xoşbəxt olmağa layiqdir. Arzu edirəm mənim yaşadığım xoşbəxt anı hamı yaşasın qeydini yazıb.
Xatırladaqki, Abbasın mayın 23-də Bakıda oğlan toyu olmuşdu.
Əldə etdiyimiz məlumata görə, sənətçi noyabrın 27-də Bakıda daha bir toy edəcək.