Türkiyənin tanınmış müğənnisi Serdar Ortaç yenidən Azərbaycan mahnısına müraciət edəcək.
Unikal.org xəbər verir ki, ifaçı bu dəfə xalq artisti Könül Xasıyevanın repertuarına müraciət edəcək. Sənətçi bununla da Könül Xasıyevaya dəstək olacaq. Bu barədə təşkilatçı Nahid Emiloğlu şəxsi "İnstagram" hesabında məlumat verib:
"Serdar Ortaçın çox konsertini təşkil etmişəm. Bu sənətiçi, bizim muğamı sevir. Mən də illərdir ona dəstək oldum. Amma qiymətimi bilən olmadı. İndi də gözəl sənətçimiz, səsinə heyran olduğum Könül Xasıyevanın repertuarından oxuyacaq.
Qeyd edək ki, S.Ortaç bundan öncə Baloğlan Əşrəfovun "Nədəndir, Məhəbbət Kazımovun "Pərişan mahnılarını ifa edib.