Xalq artisti, məşhur aktyor Rasim Balayevin Türkiyəyə səfəri təxirə salınıb.
Unikal.org xəbər verir ki, bu barədə APA-ya Rasim Balayev özü məlumat verib.
O qeyd edib ki, müalicə üçün müraciət etdiyi həkim yaxın günlərdə Bakıya gələcək: "Mənə dedilər ki, həmin nevropotoloq iki-üç günə Bakıya gələcək. Əslində belə olmağı yaxşıdır. Yol əziyyətindən azad oldum. Yaşlı, xəstə adamam, yola çıxmaq çətindir. Məni həm də incidən bel və ayaq ağrılarıdır. İsraildə bu xəstəliklər üzrə yaxşı həkim var, o da Bakıya gələcək, onun da qəbuluna yazılacağam".
R. Balayev əlavə edib ki, müalicə xərcləri dövlət tərəfindən ödənəcək: "Yəqin ki, böyük xərc olmayacaq. Amma dedilər, bütün problemlərim diqqət mərkəzində olacaq, nə lazımdırsa, edəcəklər".