Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib, bir nəfər saxlanılıb.

Unikal.org-un apa-ya istinadən məlumatına əsasən, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat katibi Nino Giorqobiani keçirdiyi brifinqdə deyib.

O bildirib ki, əməliyyat zamanı bir xüsusi təyinatlı ölüb, ikisi isə yaralanıb.