"Heç bir zaman oğul övladımın olmasını istəmirəm.
Unikal.org xəbər veir ki, bu sözləri "APA TV-nin "Show time verilişində qonaq olan müğənni Bahar Lətifqızı deyib: "Bəzən zarafata deyirəm ki, oğul övladım olsun. Amma yox. Mənlik deyil. Bilirsiniz ki, 14 il övladım olmayıb. Bəzən də məni qınayırlar ki, bu niyə 2-3 dəfə ərə gedib? Övladım olmadığına görə bir neçə dəfə ailə qurmuşam ki, övladım olsun. 1-ci övladımdan sonra yoldaşımla aramda problem oldu, alınmadı, ayrıldıq. Amma ikinci övladımın atası ilə bir yerdəyik, çox xoşbəxtik. Heç bir zaman oğlumun olmasını arzu etməmişəm. O gözəl Allaha nə arzu etmişəmsə, hamısını mənə verib. 6 yaşımda arzu edirdim ki, xanəndə olum, tamaçaçılar məni alqışlasın. Şükürlər olsun ki, arzuma çatdım.