Şimali Koreyadan qaçan sabiq qadın əsgər etirafları ilə hər kəsi təəccübləndirib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, keçmiş hərbçi dünyanın ən böyük dördüncü ordusunda güclü stress və yemək qıtlığı yaşandığının, bunun da qadınlara pis təsir etdiyini deyib. O, həmçinin bildirib ki, hərbi xidmətdə təcavüz bir çox qadın əsgərin həyatının əsas reallığına çevrilib.

Təxminən 10 il hərbi xidmətdə olan və uzun müddətdir ki, ölkəsi Şimali Koreyadan qaçan Li So Yeon 20-dən çox qadın hərbiçlərlə birlikdə qaldığı kazarmayla bağlı xatirələrini danışıb:

"Çox tərləyirdik. Döşəklərimiz çəltik qabığından düzəlmişdi. Buna görə bədən iyilərimiz döşəklərə çökürdü, bu da heç xoş iyi deyildi.

Ən çətini isə duş qəbul etmək idi. İsti su yox idi, dağdan axan suyla çimirdik. Həmin su vaitəsiylə qurbağalar və ilanlar üzərimizə düşürdü.

Hazırda 41 yaşı olan Li So Yeon 90-cı illərdə ölkəsində qıtlıq və quraqlıq olması səbəbiylə orduya yazıldığını deyib. Çünki əsgərlərlə birlikdə gündə 3 dəfə yemək yemək istəyib. Aclıqdan qurtulmaq üçün çətinliyə qatlandığını etiraf edib:

"Daha çox qadın işçi qüvvəsinə qatıldı. Burada qadınlar istismar olunub, təcavüzə uğrayırdı.

17 yaşlarında hərbi xidmətə yazılan Yeon ilk günlər əsgərlikdə olduğu üçün sevindiyini, hərbiçi olmağı sevdiyini deyib.

Çətin məşqlər və yeməklərin azaldılması Lee So Yeon və digər əsgərlərə vaxt keçdikcə öz təsirini göstərməyə başlayıb: "Altı aydan sonra zəif qidalanma, stress səbəbiylə mensturasiya olmamamağa başladıq. Qadın əsgərlər bu durumdan məmnun idi. Çünki mensturasiya çətinlik çəkirdi. Həm gigyenik bir vəziyyət də yox idi".

Li So Yeon könüllü olaraq orduya qatılsa da 2015-ci ildə Şimali Koreya 18 yaşını keçən bütün qadınların əsgərlik etməsini zəruri edib. Qanuna görə qadınlar 7, kişilər isə 10 il məcburi hərbi xidmətdə olmalıdırlar.
Li So Yeon 28 yaşında ordudan ayrılıb. Əvvəl ailəsiylə daha çox vaxt keçirə biləcəyi üçün sevinən Yeon bir müddət sonra çöldəki həyatla uyğunlaşa bilmədiyinin və maddi baxımdan çətinlik çəkdiyinin fərqinə varıb. 2008-ci ildə Cənubi Koreyaya qaçmağa qərar verib. İlk qaçış cəhdində o, Çin sərhədində tutularaq bir il həbsxanaya göndərilib. Həbsdən çıxdıqdan qısa müddət sonra ikinci dfə ölkədən qaçmağa cəhd edib. Bu dəfə isə istəyinə nail olub. O, Tumen çayından üzərək Çinə çatıb. Sərhəddə bir avtomobil onu qarşılayaraq Çindən Cənubi Koreyaya keçməsini təmin edib.