Müğənni Elariz Məmmədoğlu əməkdar artist Mehriban Xanlarovanı bir vaxtlar sevdiyini deyib.
Unikal.org-un lent.az-a istinadən məlumatına görə, müğənni bu barədə "Sənətsevər verilişində deyib. "Bir universitetdə oxuyurduk. Dost idik, həm də ondan xoşum gəlirdi. Gənclik illərində bundan da gözəl idi. Bilirdi ki, ondan xoşum gəlir. Hər yerdə deyir ki, Elariz ölür mənim üçün. Sonra ikimiz də ailə qurduq. Bu yaxınlarda bir yerdə açıqladım ki, Mehriban xanımı sevmişəm. O vaxtlar başı çəkilişlərə qarışmışdı. Ətrafında çox adam var idi. Ona görə də sevgimi deyə bilmədim.
M.Xanlarova sənətçinin sevgisindən xəbərdar olduğunu söyləyib: "Elarizi sevməmişəm. Onun istəyini hiss etmişəm. Bütün qızlar bunu hiss edir. Mənə həmin vaxt bir neçə nəfər aşiq idi. İndi qocalıblar etiraf edirlər. Elariz məni o vaxt cəlb edə bilməyib. Onun xanımına hörmət edirəm.