Dağıstanda iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb. 

Unikal.org-un  "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, qəza Buynaksk-Gimrı avtomobil yolunda baş verib. "Lada Qranta və "Leksus markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində keçinib.
Qəza nəticəsində xəsarət alanların sayı və hadisənin səbəbləri müəyyənləşdirilir.