Canlı yayımda şəhidləri ələ salan modelyer Nur Yerlitaşla bağlı xəbərlər iki gündür Türkiyə mətbuatının gündəmini zəbt edib.
Unikal.org "Postaya istinadən xəbər verir ki, "Nə edim, şəhid olublar. Şəhidlər-məhidlər, uf, daha bəsdir sözlərindən sonra ilk öncə sosial şəbəkə izləyiciləri, daha sonra məşhurlar tərəfindəntənqidə məruz qalanNur yenidən açıqlama verərək üzr istəyib.
Ötən gündən haqqında çıxan xəbərlərdən sonra evə qapanan, bütün günü ağlayan və iynə-dərmanla sakitləşdiyini deyən modelyer sosial mediada bunları yazıb:
"Mən şəhid sözünü eşidəndə dediyim sözləri "Artıq bu ölkənin şəhid verməyə gücü qalmayıb mənasında söyləmişəm. Lakin fikirlərin yanlış yerə yozulub və çirkin kampaniyanın qurbanı olmuşam. Həssaslıqla yanaşdığım bir mövzuda səhv başa düşüldüyüm üçün çox pisəm. Buna görə bütün şəhid və qazi ailələrindən, polis və əsgərlərdən üzür istəyirəm