Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında yanğın hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, ali təhsil müəssisəsinin yeməkxanasında qeydə alına hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub.

İlkin məlumatlara görə, yanğına "piroşki" bişirən aparatda yaranmış qısaqapanma səbəb olub. Yanğın nəticəsində aparat və mətbəxtin 3 kvadratmetr tavan sahəsi yanıb.

Yanğın baş verən zaman yeməkxanada işçilər və tələbələr olub, ancaq hadisə zamanı xəsarət alan olmadığı bildirilir.

Yanğın söndürülüb.