Masallı rayonunda avtomobil qaçıran şəxsin üstündə narkotik maddə aşkarlanıb.

Unikal.org report-a istinadən xəbər verir ki,  rayonun Ərkivan qəsəbə sakini Hüseynağa Cəfərov Masallı Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək noyabrın 22-də axşam saatlarında ona məxsus "VAZ-21011 markalı avtomobilin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobilin Ərkivan qəsəbə sakini 39 yaşlı Müçtəba Sadıxovun qaçırdığı müəyyən olunub. Görülmüş tədbirlərlə avtomobil Boradigah kəndi istiqamətində hərəkətdə olarkən saxlanılıb və sürücü ilə birlikdə RPŞ-yə gətirilib.

M.Sadıxovun üzərinə baxış keçirililərkən onun üzərindən narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanb, istintaq davam etdirilir.