Bərdə rayonunda yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Zümürxan kəndində baş verib.

Belə ki, "Opel Vectra" markalı avtomobilin sürücüsü, Bərdə rayonunun Yeni Daşkənd sakini Abdulla Məhərrəm oğlu Əliyevin idarəetməni itirməsi nəticəsində qarşıdan gələn Vidadi Məhərrəm oğlu Hübbətovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində "VAZ-2106"nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Faktla bağlı araşdırma aparılır.