7 ildir şəkər xəstəliyndən əziyyət çəkən məşhur azərbaycanlı aktyor Tərlan Nur Yaşar əməliyyat olunacaq.
Unikal.org-un məlumatına görə, aktyor şəfa tapmaq üçün qardaş ölkə Türkiyəyə yollanıb. O, Samsun Büyük Anadolu Çiftlik Hastanesi Laparoskopik Bariatrik ve Metabolik Cerrahi Klinikasında müalicə alacaq. Aktyor həkim Muzaffer Al tərəfindən əməliyyat ediləcək.
Dövlət dəstəyi ilə Samsunda əməliyyat olacağını söyləyən Tərlan Nur Yaşar, "İnşallah yaxşı nəticələnən bir əməliyyat olacaq və sağlığıma qovuşacağam" deyib.