Rusiya Federasiyasının Çuvaş Respublikasında ağır yol qəzası baş verib.

Unikal.org-un "İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, "Opel markalı mikroavtobusla "MAZ markalı yük maşınının toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
İlkin versiyaya görə, qəzaya "Opelın idarəetməni itirərək qarşı zolağa çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.