Batumidə "Leogrand hotelində baş verən yanğında azərbaycanlıların xəsarət alıb-almadıqları araşdırılır.

Unikal.org xəbər verir ki, Azərbaycanın Batumidəki Baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, hazırda konsulluğun əməkdaşları hadisə yerindədirlər və vəziyyətlə maraqlanırlar.

Qeyd edək ki, bir neçə saat əvvəl Batumidəki "Leogrand otelində yanğın baş verib. Yanğının otelin mətbəxindən başladığı bildirilir. Qəza nəticəsində xəsarət alanlar var. Son məlumatlara görə, yanğında ölənlər də var.

Oteldə olan "Miss Gürcüstan - 2017 müsabiqəsinin iştirakçılarından xəsarət alan olmayıb.

Oteldəki sakinlər təxliyə olunublar.