Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Baştepe Milli Mədəniyyət və Konqres Mərkəzində "Buğday filminin qalasına qatılıb.
Unikal.org Türkiyə mediasına isitnadən xəbər verir ki, prezident filmi izlədikdən sonra nitq söyləyib. Ərdoğan rejissoru təbrik edib, onun anasının əlini öpərək Adana Film Festivalında Semihin əlini sıxmayan aktrisa Meltem Cumbula mesaj verib:
"Əhli-hünərin qədrini bilmək böyük hüərdir. "Buğday filminin də cənab Kaplanoğlunun "Bal filmi kimi həm ölkə dailində, həm də xaricdə layiq olduğu maraqla qarşılanacağına əminəm. Əlbəttə, vaxtaşırı həddini bilməyən, keyfiyyətdən başı çıxmayan, nəzakətdən yoxsul insanlar qarşınıza çıxa bilir. Bunlara veriləcək ən gözəl cavab işinizi ən gözəl şəkildə görməyə davam etməkdir.