Yevlax-Bərdə avtomobil yolunda zəncirvari avtomobil qəzası baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.

Belə ki,3 minik maşınının və 1 motosikletin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Hazırda ərazidə olan DYP əməkdaşları qəzanın başvermə səbəbini araşdırır.

Yaralılar xəstəxanaya aparılıb.