Azərbaycan-İran sərhədi yaxınlığında, İran Biləsuvarında avtomobil çaya aşıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, İran Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Möhsin Sadiqi hadisənin Biləsuvarın Cəfərabad məntəqəsində baş verdiyini deyib.

O bildirib ki, "Peugeot markalı avtomobilin "Peykan markalı avtomobillə toqquşmasından sonra "Peykan 6 sərnişinlə birlikdə çaya düşüb.

Nəticədə 4 nəfər ölüb, 2 nəfər xilas olub. Ölənlərdən iksi uşaqdır.