Türkiyəli məşhur aktrisa Hande Erçel çəkildiyi "Siyah inci" serialının kollektivi ilə əyləncə mərkəzlərində birində olub.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, saat 04:30 radələrində məkandan çıxarkən kameralara yaxlanmamaq üçün əlindən gələni edib. Əvvəlcə arxa qapıdan qaçmaq istəsə də jurnalistləri görüb geri qayıtdı. Daha sonra isə ön qapıdan getməyə qərar verdi. Belə ki, mühafizəçilərdən çətir açmaqlarını istəyən aktrisa dostlarının köməyi ilə cəld taksiyə minib, məkandan uzaqlaşdı.