Müğənni Könül Kərimova oğlu Rəşadı evləndirir.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Xəzər maqazin"ə açıqlamasında deyib. O bildirib ki, qızı oğlunun özü seçib. Könül gəlininin qohum olmadığını deyib.
Rəşad "Yox məndə uzaq bir tərəfdi, qohum deyil. bacımın toyu bitəndən sonra növbə mənə çatacaq" deyə, söyləyib.
Qeyd edək ki, K.Kərimova qızı Ləmanı da ərə verib. Ləmanın toyu sabah olacaq.