Əfsanəvi futbolçu Dieqo Maradona qızlarını həbs etdirməyə çalışır.
Unikal.org xarixi mətbuata istinadən xəbər verir ki, Maradonanın qızı Caninnanın onun hesabından 1,61 milyon avro oğurladığını iddia edilir.
Onun fikrincə, Canninaya bu işdə bacısı Dalma kömək edib. Maradona elə hesab edir ki, qızlarını bunu etməyə onların anası, futbolçunun sabiq həyat yoldaşı Klaudia Vilyafaniya təhrik edib.
Xatırladaq ki, Maradona və Klaudia 1984-2004-cü illər aralığında 20 il evli olublar.