Mügənni Niyam Salami həmkarı Səidə Sultana evlilik təklifindən danışıb.
Unikal.org xəbər verir ki, o Space TV-də yayınlanan "Sənətsevər" verilişində Səidə Sulatan evlilik təklifi etdiyini deyib. Bildirib ki, həmkarı müğənniyə yox cavanı verib:
"Mən ona evlilik təklifi etdim. O mənə çox uyğun insan idi. Səidə Sultan isə mənim çox yaxşı insan olduğumu və özünə qardaş bildiyini dedi. Mənə dedi ki, "mən sənə həyatım haqqında danışmışam, həyatım haqqında hər şey bilirsən. Sən mənə ata və böyük qardaş əvəzisən".