Uels millisinin və "Real"ın ulduz oyunçusu Qaret Beyl sevgilisi Emma Ris-Cons ilə ailə həyatı qurmağa hazırlaşır.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, uzun müddətdir birlikdə olan cütlük yaxın vaxtlarda keçiriləcəyi gözlənilən toyun hamının yaddaşına həkk olunmasını istəyir. Buna görə, Beyl toyuna dünya ulduzu Beyonsu dəvət etməyi planlaşdırır. Bu barədə məlumatı İngiltərənin "San nəşri yayıb.
Hətta bildirilir ki, futbolçu toyunda amerikalı müğənninin ifa etməsi üçün 1,5 milyon funt-sterlinqindən keçməyi gözə alıb.