Əməkdar artist Aygün Bəylər nazirlərdən birinin əmisi oğluyla ailə qurmasıyla bağlı xəbərlərə münasibət bildirib.
Unikal.org xəbər verir ki, xanəndə ölkə.az-a açıqlamasında bildirib ki, bir il əvvəl Moskvada olarkən ona elçi düşüblər. Amma bu, hansısa nazirin qohumu olmayıb:
"İki gündür xaricdən dostlarım zəng vurur ki, bu nə xəbərdi? Yalansa doğru olsun (gülür). Deyirəm ki, ay qardaş, vallah, belə şey yoxdur. Amma sənətkarı belə incitmək olmaz e. Məni ruhdan salmaq olmaz. İnanırsız, yanan da mənəm, yaman da mənəm. Bir il əvvəl Moskvada olanda ruslar mənə elçi çıxdılar. Dedim ki, uşaq böyüdürəm, ərə getmək fikrim yoxdur. İnsan gərək ya sənəti seçməlidir, ya da ailəni. Əgər sənətkaramsa, deməli, mən sənətkar kimi öz missiyamı borcumu yerinə yetirməliyəm. Hələ illər öncə müəllimim Bəylər Quliyev mənə tapşırıb ki, sənətkar kimi hörmətli qalmaq istəyirsənsə, ya sənətdə qalmalısan, ya da ərə getməlisən. Deməli, ərə getmək olmaz. Hazırda qırx iki yaşım var, o kişini on yeddi yaşımdan tanımışam. Bu günə qədər onun qoyduğu yolla gedirəm. Bu sənətdən dönmək fikrim yoxdur".
Qeyd edək ki, mətbuatda yayılan xəbərlərdə A.Bəylərin nazirlərdən birinin qohumuyla dekabrln 27-də rəsmi nikaha girəcəyi barədə xəbər yayılmışdı.