Gürcüstanın paytaxtı Tiblisidə peşəkar boks üzrə reytinq döyüşləri keçirilib. Unikal.org xəbər verir ki, döyüşdə 3 azərbaycanlı boksçu - Malik Məmmədzadə, Kənan Hüseynəliyev və İsmət Quliyev iştirak edib. Hər üç boksçumuz rəqiblərini nokauta salaraq, vaxtından əvvəl qalib gəliblər. Peşəkar boksçularımız bu uğurla reytinqlərini yaxşılaşdırıblar.

Qeyd edək ki, boksçularımız yarışa məşqçi Qərib Orucovun rəhbərliyi ilə yollanıblar