İllərdir əməkdar artist Röya Ayxanla işləyən tanınmış dizayner Səbinə Hüseyn dələduzluqda ittiham olunur.
Unikal.org-un lent.az-a istinadən məlumatına görə, dizayner 80 min dollar pulu mənimsəməkdə günahlandırılır.
S.Hüseynin günahı təsdiq olunsa, o, 7-12 ilədək azadlıqdan məhrum olunacaq.
R.Ayxan isə ötən gün "İnstagram səhifəsində video-müraciət ünvanlayaraq, S.Hüseynlə əməkdaşlığına son qoyduğunu deyib: "İstedadlı xanımlar, artıq 3 ildir ki, Səbinə xanımla çalışırdıq, yolları ayırdıq. Onu yola salırıq, Yeni gənclərə "xoş gəldin deyirik.