Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasında çıxış edən "Keşlə" klubunun iki futbolçusu saxlanılıb. "Neftçiyə oyun satdığı üçün Nizami Hacıyevə Mirhüseyn Seyidovu həbs gözləyir.
Paytaxt klubundan xəbəri təsdiqləyiblər. "Keşlə" klubunun mətbuat xidmətininin rəhbəri Səbuhi Məmmədov Unikal.org-a bildirib ki, Nizami Hacıyev və Mirhüseyn Seyidov danışılmış oyunlarda şübhəli bilindikləri üçün saxlanılıblar:
"Hər ikisi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onların saxlanıldığı bölmə haqqında məlumat yoxdur. Günahları sübut olunarsa, cəzalanacaqlar. Günahsız olsalar, futbolçu kimi karyeralarını davam etdirəcəklər".
***11:00
"Keşlənin futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidovun saxlanılması ilə bağlı klub rəsmi bəyanat yayıb.
Unikal.org xəbər verir ki, adıçəkilən futbolçular danışılmış oyunlarda şübhəli bilindikləri üçün paytaxt təmsilçisi onlarla müqaviləyə bir neçə gün əvvəl xitam verib.
Bəyanatda bildirilir ki, əsas komandanın futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidovun Azərbaycan Premyer Liqası çərçivəsində keçirilmiş son 5-6 matçda danışılmış oyunlarda iştirakına şübhələr yaranıb.
Bu səbəbdən 4 gün öncə onlarla imzalanmış müqaviləyə rəsmən xitam verilib.
Aygün İlqarqızı