Müğənni Röya Ayxanın sosial şəbəkədə paylaşdığı müraciət videosu geniş müzakirələrə səbəb olub.
Unikal.org-un məlumatına görə, Röya Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə mütaciət etməklə yanaşı, radio işçilərini sərt şəkildə tənqid edib.
"Biabırçılıqdı. Maşındayam, 5 radio çevirmişəm, hamısında türk mahnıları oxunur. 4-cü gecədir ki, klip çəkirik. Bunun haqqını kim verəcək? Radioalara səslənirəm və deyirəm, ya işinizi bilin, ya da işinizi bilin artıq. Adam sizin üçün mahnı oxuyub vermək istəmir. Siz özünüz özünüzü tanımırsınız, başqaları size necə tanıyacaq. Qınından çıxıb qınını bəyənməyənlər, sizə uğurlar olsun. Radioalara aiddir, - deyə Röya bildirib.
Müğənni Nuşirəvan Məhərrəmliyə də müraciət edib.
"Nuşirəvan müəllim, xahiş edirəm, bir telekanal da kliplər üçün yaradılsın. Anlayıram, başınız qarışıb verilişlərə. Keyfiyyətli maraqlı olsun. Amma biz əldən gedirik, belə olmaz. Hər kəs tələb etməlidir ki, gənclərin klipləri də nümayiş edilsin. O zaman rəqabət də olacaq, - deyə müğənni qeyd edib.