Kazanın "Rubin" klubunun baş məşqçisi Kurban Berdıyev Rusiya Premyer Liqasının 2017-ci il mövsümündə "ən yaxşı gənc futbolçu" seçimini açıqlayıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Berdıyev "Anjinin yarımmüdafiəçisi Ayaz Quliyevi fərqləndirib. O, "beşliyi müəyyənləşdirərək, Ayaz Quliyevi birinci yerdə göstərib.
Maraqlıdı ki, "Rubinin baş direktoru Rustam Sayaxov da Ayaz Quliyevi "beşliyə daxil edib. O, azərbaycanlı futbolçunun adını 2-ci qeyd edib. Sayaxov ilk pilləyə "Rubinin hücumçusu Rifat Cemaletdinovu layiq görüb.
Səsvermədə klubların rəsmiləri və məşqçiləri, jurnalistlər iştirak edirlər.