Prezident İlham Əliyev Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 

Unikal.org-un məlumatına görə, sərəncamam əsasən, Azərbaycanda muzey eksponatlarının qorunması, bərpası və konservasiyasında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mədəniyyət işçisi fəxri adı verilib:
Əliyeva Bəstixanım İsgəndər qızı
Əliyeva Ruhəngiz Ağabala qızı
Quliyeva Sima Əhməd qızı
Sadıxova Nairə Hafiz qızı
Tağıyeva Xatirə Sətdar qızı.