Xəbər verdiyimiz kimi, ötən gün Bakıda "Kardeşim benim 2 filminin təqdimatı baş tutub.
Unikal.org-un məlumatına görə, gecəyə B.Özçivitdən başqa iki xanım aktrisa da gəlmişdi.
Təqdimata dəvət almayanlar arasında filimdə rol alan azərbaycanlı aktyor Kamran Ağabalayev yox idi. Bu da sosial şəbəkədə böyük narazılığa səbəb olmuşdu. İnsanlar gecəni təşkil edənləri sərt tənqid edərək, öz aktyorlarımıza diqqət göstərilmədiyini xüsusi vurğulayıblar.
Qeyd edək ki, izləyicilər "Park cinemanın təşkil etdiyi gecədəki sözügedən nöqsanlarla yanaşı, premyerada baş verən səviyyəsizlik və özbaşınalıqların olduğunu da vurğulayıblar.