Reper Anar Nağılbazın səhhətində ciddi problem yaşanır.
Unikal.org azxeber.com-a istinadən xəbər verir ki, bu barədə "Lider" telekanalında yayımlanan "7 Gün" verilişində aparıcı Könül Muxtarova məlumat verib. O bildirib ki, reper səhhətində problem olduğu üçün canlı yayıma gələ bilməyib.
Anar verilişin aparıcısına sms yazaraq "Mənim səhətimdə probləm var, xəstəxanaya yerləşdirilmişəm. Üzürlü sayın gələ bilməyəcəm" deyib.
Məlumata görə, Nağılbaz gecə 05.51 də xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, son günlər Anar Nağılbaz porno videosunun yayılması ilə gündəmə gəlib.