Aktyor Kamran Ağabalayev rol aldığı məşhur türk filmi "Kardeşim benim 2" filminin Bakıdakı qalasına qatılmamasından danışıb.
Unikal.org xəbər verir ki, axşam.az-a açıqlama verən aktyor bildirib ki, onu heç kimi tədbirə dəvət etməyib:
"Mənə belə tərbiyə verilib ki, çağrılmadığım yerə getməyim. İndi mən çağrılmadığım yerə necə gedərdim? Qalanın baş tutduğu məkanın rəhbərliyi ilə aramızda heç bir problem yoxdur. Səbəbi mən də bilmirəm. Bəlkə yadlarından çıxıb. Orada deyiblər ki, mənə dəvətnamə göndərilib. Bilmək istəyirəm ki, bu dəvətnamə hara və kimə göndərilib?"
Ağabalayev "Burak Özçivitə sizinlə bağlı sual veriləndə "Kaş o da bizimlə olsaydı" cavabını verib" sözlərinə belə münasibət bildirib:
"Yəqin onun bu cavabı təşkilatçıları utandırar".