Ebru Gündeş əri Rza Zərrabla bağlı narahatlığını dilə gətirib. Müğənni ərinə güvənmədiyini bildirib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan millət vəkilləri ilə görüşü zamanı Rza Zərrab məsələsi gündəmə gətirilib.
Toplantıda Ebru Gündeş Ərdoğanın yaxın ətrafına Zərrab haqqında mesaj göndərdiyi məlum olub.
"Həyat yoldaşımın ABŞ-a gedişi adi bir hadisə deyil. Türkiyəyə zərər verə bilər. Ərimə güvənmirəm."
Ebru Gündeşin sözlərinə cavab olaraq Ərdoğan "Dəstnamazımdan şübhəm yoxdur ki, namazımdan şübhəm olsun"-deyib.