Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib.
Unikal.org-un məlumatına görə, həmyerlimiz UEG-in Xorvatiyanın Split şəhərində keçirilən XXVII Konqresində bu hüquqa yiyələnib.
Belə ki, F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.
Beləliklə, son illərdə UEG-in vitse-prezidenti olan Qayıbov növbəti 4 ildə quruma rəhbərlik edəcək.
2009-cu ildən İttifaqa fransız Jorj Gelzek (Georges Guelzec) rəhbərlik edir.
Qeyd edək ki, UEG-də 2009-cu ildən prezident postunu fransalı Jorj Gelzek tuturdu.