Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi həm də Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın idman sahəsinə göstərdiyi xüsusi diqqətin nəticəsidir.

Unikal.org xəbər verir ki, bunu Trend-ə Milli Paralimpiya Komitəsinin (MPK) vitse-prezidenti İlham Zəkiyev deyib.

Onun sözlərinə görə, bu Olimpiya Oyunlarında idmançılarımızın, gimnastlarımızın göstərdiyi nəticələrin uğurlu davamıdır:

"Bu işərin nəticəsində bu gün Fərid Qayıbov UEG prezidenti seçilib. Gimnastikanın inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri var. Azərbaycan Gimnastika Federasiyasının Prezidenti olan Mehriban Əliyeva Azərbaycan gimnastlarını dünyada tanıdıb. Mən də öz adımdan və MOK adından Fərid Qayıbovu və Azərbaycan Gimnastika Federasiyasını təbrik edirəm. Bu, böyük uğurdur. Ümid edirəm ki, gələcəkdə bu uğurun davamı olacaq.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.