Tarkan bu yaxınlarda Köln şəhərində 766 min dollara villa alıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniya vətəndaşı Pınar Diləklə evli olan müğənni Almaniyaya köçmək üçün hazırlıqlara başlayıb.
Məlumatda bildirilir ki, Tarkan daimi yaşamaq icazəsi almaq üçün bu gün Almaniyanın İstanbuldakı Konsulluğuna müraciət edib.
O, sənədlərini tamamlamaq üçün bu Kölnə yola düşəcək. Bundan sonra onun tamamılə Kölndə yaşayacağı iddia edilir.