Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

Unikal.org xəbər verir ki, Qəbələdə şəhərin eyni adlı təmsilçisi ilə "Keşlə" üz-üzə gəlib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı 24-cü dəqiqədə Baqali Dabo açıb. Filip Ozobiç isə 49 və 55-ci dəqiqələrdə vurduğu qollarla dubl edib.

Bu qalibiyyətdən sonra xalını 31-ə çatdıran "Qəbələ" 2-ci pillədəki mövqeyini qoruyub. "Keşlə" isə 8 xalla 7-ci sıradadır.

Qeyd edək ki, turun ilk oyununda "Qarabağ" "Neftçi"ni 1:0, "Sumqayıt" isə "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib. Həftəyə bu gün saat 18:30-da start götürəcək "Səbail" - "Zirə" qarşılaşması ilə yekun vurulacaq.