Ağdamın "Qarabağ" klubunun üzvləri futbol üzrə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sonuncu tur qarşılaşmasının keçiriləcəyi Roma şəhərinə çatıb.
Unikal.org report-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanından çarter reysi ilə uçan təyyarə Bakı vaxtı ilə saat 21:15-də "Fiumicino" hava limanında eniş edib.
Bu gün dincələcək komanda sabah "Olimpiko" stadionunda məşqə çıxacaq. Oyun dekabrın 5-də Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.