Əfsanəvi hind aktyoru Şaşi Kapur 79 yaşında vəfat edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Kapur uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Şaşi Kapur Hindistanının Kakutta şəhərində 18 mart 1938-ci ildə dünyaya gəlib. Bu gün Mubay şəhərində yerləşdirildiyi xəstəxanada dünyasın dəyişib.

Şaşi Kapur digər əfsanəvi aktyor Rac Kapurun kiçik qardaşı idi. O, bir sıra məşhur filmlərdə rolları ilə yadda qalıb.