"Roma"nın baş məşqçisi Eysebio di Françesko Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la oyun öncəsi mətbuat konfransı keçirib.
Unikal.org-un məlumatına görə, o, əvvəlcə matç haqqında fikirlərini bölüşüb.
- Perotti və Nainqqolanın son durumları necədir?
- Hər ikisi sabahkı matçda meydanda olacaq. Bu xəbər hamımızı sevindirir. Amma Kolarovun vəziyyətinə diqqət yetirməliyik. O, SPAL-la matçda çox yorulub. Ancaq o da sabah meydana çıxa bilər.
- Digər matçda "Atletikodan sizə sərf edəcək nəticə gözləyirsinizmi?
- Biz öz oyunumuz haqda fikirləşirik. Hər bir turnirdə olduğu kimi Çempionlar Liqasında da taleyimiz öz əlimizdədir. "Qarabağ"ı məğlub edib növbəti mərhələyə yüksəlmək istəyirik.
- "Qarabağla oyunda sürpriz nəticə qeydə alına bilər?
- Onlar çox yaxşı komandadır. "Qarabağ Madriddəki görüşdə "Atletikoya qarşı yaxşı oyun sərgiləyib. Bu, "Çelsinin ilk turda Londonda böyük hesabla üstələdiyi "Qarabağ deyil.
- "Qarabağ"la ilk görüşdən sonra komandanızda nə dəyişib?
- Komandada çox şey dəyişib. Bakıdakı kimi, yenə "Qarabağı məğlub etməliyik. Avrokubok matçlarında qələbə qazanmaq asan deyil. Bakıdakı qarşılaşmadan sonra öz gücümüzə daha çox inanmağa başladıq.
- Sabah gözləmədiyiniz nəticə qeydə alına bilərmi?
- "Qarabağla matç bitəndən sonra bu barədə danışarıq. Pessimizmdən söhbət gedə bilməz. Oyuna ciddi hazırlaşmışıq. Həmişə optimist olmuşam, bundan sonra da belə davranacam.