Bu gün "Qarabağ komandası 2017/18 mövsümündə Çempionlar Liqasında son oyununu keçirəcək.
Unikal.org xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin VI turu çərçivəsində "Romanın qonağı olacaq.
Romada baş tutacaq görüş Ağdam klubu üçün formal xarakter daşısa da, imic baxımından önməlidir. "Canavarlar qalib gəlməklə, 1/8 finala vəsiqəni təmin edəcəklər. "Roma uduzsa və ya heç-heçə etsə belə, pley-offa yüksələ bilər. Bunun üçün "Atletikonun Londonda "Çelsiyə qalib gəlməməsi şərtdir.
Çempionlar Liqası
VI tur, C qrupu
5 dekabr
23:45. "Roma (İtaliya) - "Qarabağ (Azərbaycan)
Baş hakim: Tobias Ştiler
Baş hakimin köməkçiləri: Mayk Pikel, Yan Zaydel
Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers
Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)
Roma. Olimpiya stadionu
Xal durumu: "Çelsi - 10, "Roma - 8, "Atletiko - 6, "Qarabağ - 0.