Aparıcılar Sərxan Kərəmoğlu ilə Saleh Bağırov illərdir küsülü imiş.
Unikal.org-un axsam.az-a istinadən məlumatına görə, aparıcılar arasında uzun müddətdir davam edən savaş haqda Kərəmoğlu danışıb.
O bildirib ki, S.Bağırovla dəfələrlə məclislərdə mübahisə ediblər:
"O, aparıcı deyil. Ona nifrət edirəm. Ömür boyu Saleh aparıcı olmayacaq. O adam Azərbaycan mədəniyyətinin birnömrəli düşmənidir. Yaraşıqlı oğlan, yaxşı həyat yoldaşı, ata və dostdur. Amma aparıcı deyil. O məclislərdə xanımları gözəl təqdim edir. Söz düzümü gözəldir. İncini sapa düzən kimisözləri ard-arda düzür.
Saleh paxıl aparıcıdır. Dünən toy məclisindən biri mənə həvalə edilmişdi. Bütün aparıcıları səhnəyə dəvət etdim. Amma Salehdə belə bir şey yoxdur. O deyir ki, toyu mənə həvalə ediblərsə, heç bir aparıcını səhnəyə qoymaram.
Mətanət İsgəndərlinin qızının toyunda dedim ki, mənə də söz verin. Mətanət xanıma təklif etdim ki, bəylə-gəlini yola salanda mən danışım. Saleh dünyanı dağıtdı ki, imkan vermərəm. Bu adamın içində həmrəylik yoxdur. Heç kimə toyda mikrofon vermir.
Kərəmoğlu aralarındakı küsülülüyün 2012-ci ildən başladığını deyib:
"Türkiyədə bir verilişin çəkilişində idik. Türklərlə bizimkilər arasında qardaşlıq körpüsü idi. Orada Saleh məni tənqid etdi. Başqa bir ölkədə öz həmyerlisinə qarşı etdiyi bu hərəkət hamını qıcıqlandırdı. Həmin vaxt mən Flora Kərimova ilə küsülü idim. Saleh də onunla dost olduğu üçün məni vurmaq istəyirdi. Amma indi nə oldu? Ətlə-dırnaq arasına girən iylənib çıxar. İndi biz Flora xanımla barışdıq.